1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri fəaliyyətini dayandırıb?

1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin fəaliyyətinin dayandırılması ilə bağlı iddialar yayılıb.
Avtosfer.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) REAL TV-yə bildirilib ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin inzibati binasının istismara yararsız vəziyyətdə olması ilə bağlı Səhiyyə Nazirliyi, TƏBİB və Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən binaya baxış keçirilib.
Qeyd olunub ki, müvafiq şöbələrin təmirə yararsız olması ilə bağlı aidiyyəti qurumlar tərəfindən rəy verilib. Vətəndaşların tibbi xidmətlərə əlçatanlığının və fasiləsiz tibbi xidmətin təmin olunması məqsədilə müəssisənin stasionar fəaliyyət göstərən Dəri şöbəsi Hövsan Sağlamlıq Mərkəzinin inzibati binasında ayrılmış şöbəyə köçürülüb.
Eyni zamanda, stasionar tibbi xidmət göstərən İnfeksion şöbənin fəaliyyəti ilə bağlı vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində müvafiq göndərişlərlə təmin olunurlar.
Qeyd edilib ki, tibb müəssisəsinin Ambulator poliklinika şöbəsi isə fəaliyyətini tam olaraq davam etdirir.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












