1 saylı psixiatriya xəstəxanasında xəstə döyülüb? - FOTO/VİDEO

Hadisə 14 Avqust 2024 22:51 Oxunub 206
1 saylı psixiatriya xəstəxanasında xəstə döyülüb? - FOTO/VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Maştağada yerləşən 1 saylı Psixiatriya xəstəxanasında xəstə döyülüb.

Avtosfer.az xəbər verir ki, bununla bağlı döyülən xəstənin oğlu sosial şəbəkədə görüntülər paylaşıb.

O, iddia edir ki, atasını orada döyüblər:

"Bir ağıllı çıxıb izah eləsin ki, gecə növbəsində bu hadisəni bir nəfər görüb, eşidən olmayıb? O qədər polis mühafizəsi, sıravi mühafizə, tibb bacıları, sanitarkalar, biri görmədi, eşitmədi? 

Mən bu paylaşımı tək atama görə yox, hazırda orada olan, sabahsı gün yolu ora düşəcək olan hər kəs üçün edirəm.

İki gün əvvəl təcili yardımla ora aparıblar, orada da döyüblər. Həkim də bu səhər mənə yığır ki, gəl, atanın vəziyyəti pisdir, təcili yardım çağırmışıq gəlib aparmırlar, həkim deyir xəstə ölür, evə getsin. Belə şey olar?

Saat 17:00 kimi atam orada o vəziyyətdə qalıb, həkim müdaxiləsi olmayıb, oturub gözləmişik ki, kimsə gəlib atamı aparacaq.

Polisə də vaxtında məlumat vermişik, saat 10-11 arası gəldi, yazdı, getdi. Hələ də ekspertiza etməyiblər".

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Avtosfer.az-a bildirib ki, həmin şəxsin müalicə olunduğu xüsusi təyinatlı tibb müəssisəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Məsələ ilə bağlı təhqiqat araşdırmaları aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh