Məktəbdə zəhərlənən 10 şagird evə buraxıldı - YENİLƏNİB

Hadisə 17 Fevral 2026 10:11
Məktəbdə zəhərlənən 10 şagird evə buraxıldı - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Göygöldə məktəbdə zəhərlənən 10 şagird xəstəxanadan evə buraxılıb.

Avtosfer.az xəbər verir ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.

***09:36
Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta ümumtəhsil məktəbi kütləvi zəhərlənmə halı ilə bağlı açıqlama yayıb.

Məktəbdən Avtosfer.az-a bildirilib ki, dərs prosesi zamanı 10 nəfər şagird özünü pis hiss edib:

"Dərhal şagirdlər xəstəxanaya çatdırılıblar. Hazırda məktəblilər həkim nəzarətindədirlər, onların müayinəsi aparılır.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır", - deyə məlumatda bildirilib.
***
Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində qeydə alınıb.

Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss edib.

Şagirdlər dərhal xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.

İlkin iddialara görə, onlar məktəbdə yedikləri qidadan zəhərləniblər.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Oxunub 166
ŞƏRH YAZ
Ad

E-mail

Şərh