10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı - YENİLƏNİB

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Kliniki Tibbi Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 08:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, 163 nömrəli orta məktəbdən yıxılma səbəbilə çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2010-cu il təvəllüdlü şəxs (kişi) sol biləyin sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda həmin şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.
***14:53
Bu gün Bakıda yerləşən 163 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi ehtiyatsızlıq nəticəsində pəncərədən yıxılıb.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Baku.ws-in sorğusuna cavab olaraq bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb.
“Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.
Şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, - məlumatda deyilir.
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu










