10 il əvvəl törədilən cinayətin üstü açıldı: bibisi oğlunu dənizdə boğdu - VİDEO

Sumqayıtda 10 il bundan qabaq baş vermiş ağır cinayətin üstü açılıb. 20 yaşlı gənci elə öz dayısı oğlu tanışı ilə birgə dənizə apararaq, orada boğub öldürüblərmiş.
Avtosfer.az xəbər verir ki, dənizdə boğulduğu deyilən şəxsin qətlə yetirildiyi məlum olub. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, 2012-ci ilin İyun ayının 21 də Abşeron rayonu, Saray qəsəbə sakini Ceyhun Bayramov Xəzər dənizinin Sumqayıt şəhəri Novxanı çimərliyinə aid hissəsində dənizdə çimərkən boğulub ölməsi faktı ilə bağlı cinayət işi başlanılaraq Qubadlı rayon prokurorluğunda ibtidai istintaq aparılıb. İstintaqla cinayəti törətmiş şəxs və ya şəxslər müəyyən edilmədiyindən iş üzrə icraat 2 il sonra qərarla dayandırılıb. Bağlı qalmış cinayət işlərinin açılması istiqamətində görülən istintaq-əməliyyat tədbirləri ilə 10 il əvvəl törədilmiş cinayətin üstü açılaraq Ceyhun Bayramovun öz dayısı oğlu Fuad Qasımov tərəfindən qəsdən öldürülməsi müəyyən edilib. Fuad Qasımov rayon prokurorluğunda dindirilərkən qeyd edilən tarixdə bibisi oğlu Ceyhun Bayramov ilə dənizdə çimərkən onu boğaraq öldürdüyünü etiraf edib. Mərhumun atası Yunis Bayramov deyir ki, oğlunun öldürüldüyünü o elə 10 il bundan qabaqda bilib. Sadəcə əlində sübut olmadığına görə, çarəsiz qalıb Mərhum Ceyhun Bayramov 6 ay imiş əsgərlikdən gəlibmiş. Atası iddia edir ki, oğlunun öldürülməsində günahkar tək dayısı oğlu deyil. Gecdə olsa açılan cinayətə görə, ata mənəvi rahatlıq tapdığını deyir. Ceyhun Bayramovun əmisi də onun dənizdə boğularaq öldüyünə inanmayıb..Nofəl Bayramov hadisədə adı hallanan qohumunun evinə gedərək , bu işin qəsdən baş verdiyini onlara bildirib. İş üzrə toplanmış sübutlar əsasında Fuad Qasımov təqsirləndirilən şəxs qismində məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO
Xanım tələbələri şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi
Qırmızı işıqda gözləyən avtomobillər çökən yola düşdü - FOTO
Motosikletlə kafeyə girib narahatlıq yaradan sürücü cərimələndi – 250 manat - VİDEO
Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu
Restoranda hallanan kişi qadın sürücünü evinədək təqib etdi - Əri ilə dalaşıb həbsə düşdü








