10 nəfərin ölümünə, 40 nəfərin yaralanmasına səbəb olan sürücü ifadə verib - VİDEO
Hadisə
27 May 2024 21:00
Oxunub 412
Mayın 26-da Türkiyənin Mersin şəhərində 10 nəfərin öldüyü, 9-u ağır olmaqla 40 nəfərin yaralandığı qəzaya səbəb olan avtobus sürücüsü saxlanılıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, qəzadan xəsarət almadan xilas olan sürücü ifadə verib.
O, ifadəsində, avtobusu saatda 110 kilometr sürətlə idarə etdiyini və havanın yağışılı, yolun sürüşkən olması səbəbindən qəza törətdiyini bildirib.
“Bir anda idarəetməni itiridim, qəzanın necə baş verdiyini mən də anlamadım” – deyə sürücü, ifadəsində qeyd edib.
Namiq Musayev
ŞƏRH YAZ