11-ci sinif şagirdi ilk dərs günü qan tökdü - TƏFƏRRÜAT - YENİLƏNİB

"Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A. Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub".
Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.
O bildirib ki, araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R. Musayevin törətməsi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
15:04
Goranboyda ilk dərs günü baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 11-ci sinif şagirdi məktəbi bitirən gəncə bıçaqla xəsarət yetirib.
Sözügedən hadisəyə səbəb bıçaqlanan şəxsin 11-ci sinif şagirdini söyməsi olub.
2007-ci il təvəllüdlü Ramal Musayev bıçaqla Arif Həsənəliyevin ayaq nahiyəsinə kəsik xəsarətləri yetirib.
***
14:08
Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 11-ci sinif şagirdi Ramal Röyal oğlu Musayev sinif yoldaşı Arif Elsevər oğlu Həsənəliyevə bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Xəzər dənizində zəlzələ oldu - FOTO
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü










