11 nəfərlik dəstənin içində dünya çempionu da var; 4 milyon ələ keçirilib

Dövlətə məxsus torpaqları qanunsuz zəbt etməkdə və satmaqda ittiham olunan 11 nəfərlik dəstənin üzvləri artıq hakim qarşısına çıxarılır.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Dələduzluq və torpaq üzərində mülkiyyət hüququnun pozulması yolu ilə xüsusilə ağır cinayət törətməkdə ittiham olunan 11 nəfərin hamısı azadlıqdadır. Onlar Əliyev Qalib Mirzə oğlu, Hüseynov Anar Rafiq oğlu, Əşrəfov Ceyhun Adil oğlu, İsmayılov Araz Əziz oğlu, Quliyev Amin Fərhad oğlu, Məmmədov Arif Ələsdan oğlu, Rəsulov Vidadi Əlqəmə oğlu, Qəhrəmanov İlqar İsmayıl oğlu, Vahidov Orxan Mustafa oğlu, Dəmirov Ceyhun İkram oğlu və Novruzov Səfa Abbasqulu oğludur.
Prokurorun elan etdiyi ittihamda deyilir ki, təqsirləndirilən şəxslər cinayətkar qrup halında birləşərək qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 25 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Sonradan isə planın davamı olaraq həmin torpaqları ayrı-ayrı şəxslərə satıblar. Pul verib torpaq alan şəxslər indi iş üzrə zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən bəziləri aldıqları torpaq üzərində ev də tikiblər.
Fotoda: Anar Hüseynov dünya çempionu olduğu gün
.jpg)
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxslərdən biri MMA döyüş idman növü üzrə tanınmış idmançı Anar Hüseynovdur. Anar 2017-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən WMMAF dünya çempionatında qızıl medal qazanıb, dünya çempionu olub.
İttihamda yazır ki, Anar Hüseynov Ceyhun Əşrəfov və Qalib Əliyev ilə əlbir olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutub, sonradan həmin torpaqları satmaq və uzunmüddətli icarəyə verməklə dələduzluq yolu ilə 1 milyon 200 min manat pul ələ keçiriblər. Dövlətə dəymiş ümumi ziyan isə 4 milyon manatdan çoxdur.
Lakin o, heç bir epizod üzrə ittihamı qəbul etmir, yekunda barəsində bəraət hökmü çıxarılmasını istəyir. Məhkəmədə döyüşçünün hüquqlarını vəkil Ruzi Səmədov müdafiə edir. Vəkil ilk çıxışında ittihamla razı olmadıqlarını, əksini göstərən sübutların məhkəmə istintaqı müddətində üzə çıxacağını deyib.
Verilmiş ittihamlar (CM-178.4 və 188.3) təsdiqini tapsa, müttəhimləri 10 ildən çox həbs cəzası gözləyir. Lakin dövlətə və zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi vəziyyəti dəyişə bilər.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumata əsasən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq aparılıb. Görülmüş tədbirlər nəticəsində zəbt edilmiş 20 hektardan artıq dövlət mülkiyyətində olan torpaq sahəsi sözügedən nazirliyin istifadəsinə geri qaytarılıb.
Yolun ortasını səkiyə çevirən piyada avtomobillərə məhəl qoymadı - VİDEO
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə NAZİRLİKDƏN REAKSİYA - VİDEO
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO - YENİLƏNİB
Bakıda maşında qadın DÖYÜLDÜ
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR
Bakıda yaşayış binasında yanğın olub - VİDEO
Boşanmaq üzrə olduğu arvadına silahla atəş açdı - VİDEO
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO










