14 il "iş" almış şəxsi "azad etdirmək" istədi, özü 2 il "iş" aldı

Şəmkirdə qohumunu güllələyən Ramin Mehdixanovun yaxınları onu həbsdən azad etdirmək istəyərkən dələduzluğun qurbanı olub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Ramin Mehdixanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilib. Apellyasiya şikayətindən sonra isə o, cəzasının çəkilməmiş hissəsindən azad edilib. Lakin dövlət ittihamçısı qərardan protest verib və Mehdixanov yenidən həbs edilib.
Onun Nurlan adlı tanışı Ramin Mehdixanovu azad etdirəcəyinə dair məhkumun yaxınlarına vəd verib. Bunun müqabilində isə onlardan 7350 manat alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.
Ramin Mehdixanovun yaxınları hüquq-mühafizə orqanlarına şikayət edib. Nurlan saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Ətraflı
Cinayət işinə Şəmkir Rayon Məhkəməsində hakim Nazlı Heydərovanın sədrliyi ilə baxılıb. Nurlan məhkəmə prosesi zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. Daha sonra bildirib ki, Ramin Mehdixanovu vaxtilə hüquq-mühafizə orqanlarında işləmiş bir tanışı vasitəsi ilə "azad etdirəcəkmiş". O, pulları da həmin tanışına verib. Lakin həmin şəxs avtomobil qəzasında dünyasını dəyişib. Nurlan dəymiş ziyanı ödəməsə də, qarşı tərəflə barışdığını deyib. Həmçinin əlavə edib ki, azadlığa çıxdıqdan sonra dəymiş ziyanı ödəyəcək.
Məhkəmə Nurlanı 178.2.4-cü maddə ilə təqsirli bilərək, ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Xatırladaq ki, Ramin Mehdixanov 2021-ci ildə şəxsi münasibətlər zəmnində dayısı oğlu Musa Rüstəmova və onun tanışı Bakir Hüseynova ov tüfəngindən atəş açıb. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (Xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi Ramin Mehdixanov verilmiş ittiham üzrə təqsirli bilib və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












