14 yaşlı qız nişanlandı - Atası ilə bəy həbs edildi - YENİLƏNİB

Sabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.
Bu barədə polisə məlumat daxil olduqdan sonra nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad Rayon Polis Şöbəsinə dəvət edilib. Burada məlumatlar dəqiqləşdirilərkən 14 yaşlı qızın 1987-ci il təvəllüdlü atası H.Fərzəliyev qışqıraraq söyüş söyməyə, qızı ilə nişanlanan oğlanın atasını təhqir etməyə başlayıb.
O, qızını nişanlamaq fikrinin olmadığını, qarşı tərəfin təkidi ilə “Həri” məclisinin olduğunu deyib.
İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Fərzəliyev 8 sutkalıq həbs edilib.
***
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, daxil olmuş məlumatla əlaqədar şöbə əməkdaşları tərəfindən dərhal qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilib:
“Hər iki tərəf polis şöbəsinə dəvət olunub. Araşdırmalarla bəyin 20, qızın isə 14 yaşı olması müəyyən edilib. Ailələrlə izahedici söhbətlər aparılıb və qeyd edilən halın qanunla qadağan olunduğu izah edilib.
Lakin həmin vaxt yeniyetmə qızın valideyni H.Fərzəliyev, eləcə də bəy E.Məmmədli səs-küy salaraq, polisin xidməti fəaliyyətinə mane olublar. Onları nizam-intizama dəvət etsələr də, həmin şəxslər hərəkətlərini davam etdirərək, ictimai qaydanı pozublar. H.Fərzəliyev və E.Məmmədli barədə İXM-nin müvafiq maddəsi ilə protokol tərtib olunub və məhkəməyə göndərilib.
Onlar məhkəmənin qərarı ilə inzibati qaydada 8 sutka həbs olunublar.
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO
Azərbaycanlı saxta sürücülük vəsiqəsi ilə tutuldu - 448 manat cərimələndi
Avtobusun önündən qəfil yola çıxan piyada son anda ölümdən döndü - REAL VİDEO
Anasından küsüb itən Səid atasına təhvil verildi - Anası danışdı - VİDEO
Nizami rayonunda qəza riski: "Yolda müvafiq nişanın olmaması təhlükə yaradır" - VİDEO
"Bandotdel" ƏMƏLİYYAT KEÇİRDİ - 3 nəfər saxlanıldı - VİDEO
İş adamı tanışlarının maşınına narkotik qoydurmaq istədi - HƏBS EDİLDİ











