15 yaşlı qız anasına görə atasını ÖLDÜRDÜ - YENİLƏNİB

Fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.
***11:00
Bakıda 15 yaşlı qızı tərəfindən bıçaqlanan ata ölüb.
Avtosfer.az xəbər verir ki, yeniyetmə qızı tərəfindən bıçaqlanan 49 yaşlı Haşımov Rüfət Arif oğlu ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən həmin xəstəxanada dünyasını dəyişib.
***
Bakının Nizami rayonunda ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb.
Zərərçəkənin anası hadisənin başqa bir şəxs tərəfindən törədildiyini bildirsə də, DİN-dən sorğumuza cavab olaraq bildirilib ki, 1977-ci il təvəllüdlü Haşımov Rüfət Arif oğlu mübahisə zamanı həyat yoldaşını döyüb.
Bunu görən onların 15 yaşlı qızı bıçaqla Rüfət Haşımova xəsarəti yetirib. Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Rüfət Haşımov cərrahi əməliyyat edilib. Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.(Mənbə: lent.az)
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu










