15 yaşlı Sevincin qətlində şübhəli bilinirdi, meyiti tapıldı - FOTO

Hadisə 7 Oktyabr 2024 18:00 Oxunub 166
15 yaşlı Sevincin qətlində şübhəli bilinirdi, meyiti tapıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bərdədə itkin düşən qızı qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti aşkarlanıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, sentyabr ayının 1-də 2009-cu il təvəllüdlü Abbaslı Sevinc Rəşad qızının itkin düşməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Sentyabr ayının 3-də S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlini 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlu tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Onun meyiti oktyabr ayının 7-də Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh