16 yaşında ərə gedən qadının qanını tökdülər: Ər arvadına 33 bıçaq zərbəsi vurdu - VİDEO
Hadisə
22 İyul 2024 22:03
Oxunub 490
Şəmkirdə bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Belə ki, iki ildir ailəli olan 25 yaşlı Yusif Məhərrəmov və 18 yaşlı Laləzar Əhmədova arasında yaranan mübahisə qanla bitib.
Hadisə onların 3 aydır kirayədə yaşadıqları mənzildə qeydə alınıb.
İlkin ehtimala görə, ər qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşına 33 bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan yaralı əməliyyat olunub, hazırda vəziyyəti stabil-ağır olaraq qalır.
Hadisəni törətməkdə şübhəli bilinən Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Ətraflı süjetdə:
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR