16 yaşlı Hüseyn mühafizəçini belə bıçaqladı - VİDEO

16 yaşlı Hüseyn Hacıyev adlı azərbaycanlı Orexovı bulvarında yerləşən "Moskva" ticarət mərkəzində mühafizəçini bıçaqlayıb.
Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisənin baş verdiyi gün H.Hacıyev saxlanılıb. O, saxlanılan zaman iki polis əməkdaşını da bıçaqla yaralayıb.
Məlum olub ki, sözügedən azərbaycanlı ticarət mərkəzində uşaq və qadınlar üçün ayrılmış otaqda namaz qılıb. Bu zaman mühafizəçi ona irad bildirib. Hüseyn namazını qılıb çölə çıxan kimi ilk gördüyü mühafizəçini bıçaqlayıb.
Mühafizəçi xilas edilib və ona dərhal tibbi yardım göstərilib.
Moskva İstintaq Komitəsi ağır cinayətlərdə şübhəli bilinən Moskva Elektromexanika və İnformasiya Texnologiyaları Kollecinin 1-ci kurs tələbəsinə qarşı cinayət işi açıb.
Hazırda Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin Cinayət Axtarış İdarəsinin və Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin (MSM) müstəntiqləri və əməliyyatçıları cinayətkarın əlaqə dairəsini yaradırlar. Hacıyevin Moskva vilayətində törədilmiş digər cinayətlərdə də əli olub-olmaması araşdırılır.
Belə ki, həbs edildikdən sonra onun İŞİD-ə sədaqət andı içdiyi məlum olub./unikal
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi










