163 nömrəli avtobus TÜSTÜLƏDİ - Sərnişinlər üçün ehtiyat avtobus göndərildi - VİDEO

Paytaxtda avtobuslardan biri alışma təhlükəsi ilə üzləşib.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə 163 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobuslardan birində qeydə alınıb.
Həmin vaxt sərnişinlər də avtobusda olub.
Yaşanan hadisə ilə bağlı "BakuBus" MMC-in mətbuat katibi Əsmər Əliyeva ilə əlaqə saxladıq.
Qurum rəsmisi faktı təsdiqləyib və sərnişinlər üçün əlavə ehtiyat avtobusu göndərildiyini bildirib:
"Bu gün saat 11:25 radələrində "BakuBus" MMC-nin istismarında olan 163 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobuslardan birində nasazlıq qeydə alınıb. Nasazlığın yaranmasına səbəb mühərrikin soyutma sisteminə aid boru xəttində soyutma mayesinin sızması və yüksək temperaturun təsiri ilə buxarlanmanın baş verməsi olub. Baş vermiş halın yanğın hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Sərnişinlər operativ olaraq avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndiriliblər və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib".
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












