166 nömrəli avtobusda qırğın: Piyada və sürücü bir-birinə girdi - VİDEO

Aqressiyasına məğlub olan piyada və ondan geri qalmayan sürücü söz savaşına girdi.
Avtosfer.az xəbər verir ki, xoşagəlməz hadisənin görüntüləri Sabunçu rayonunun Koroğlu metrostansiyası yaxınlığında, 166 nömrəli avtobusda qeydə alınıb. Həvəskarın lentə aldığı kadrlardan bəlli olduğu kimi piyada yol kənarında saxlayan avtobusun sürücüsünə əsəbləşib. Özünü saxlaya bilməyən piyada avtobusa girərək sürücünün hərəkətini qınayıb. Üzərinə getmək istəyərkən digər piyadaların araya girməsi ilə avtobusdan düşən şəxs ətrafdakı insanlardan birinə cavab olaraq “Yolun qırağında arvad-uşaqla dayanmışam, avtobusu üstümə qatlayır” deyə bildirib. İkinci dəfə avtobusa hücum çəkən piyada bu zaman avtobus sürücüsünün ayağa qalxması ilə vəziyyəti daha da gərginləşdirib. Piyadaların müdaxiləsiylə avtobusdan düşən şəxs və sürücü arasında vəziyyət avtobusun hadisə yerindən uzaqlaşması ilə sonlanıb.
Qeyd edək ki, 166 nömrəli avtobus Ramana Gülçülük Sovxozu istiqamətində hərəkət edir.
Nərmin Əkbər
Bakıda narkotacirlərin saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
Bakıda 18 nömrəli avtobuslar yolda qaldı - SƏBƏB
DTX-dan ƏMƏLİYYAT: Müharibədə iştirak edənlər saxlanıldı
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO










