19 nəfərdən oğurluq edən 6 uşaq anasının cinayət işi - FOTO

Bakıda bir neçə mağazadan oğurluq etməkdə təqsirləndirilən Səbinə Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib.
Zərərçəkmiş Orxan Babazadə deyib ki, təqsirləndirilən şəxs ondan 650 manat oğurlayıb:
"Mənim kiçik biznesim var. Həmin gün dükanda işçim olub. Xanım işçiyə deyib ki, mənə ən bahalı pomidor hansıdır ondan çək ver. Bu məqamda xanım kassadan pul götürərək "aradan çıxıb". Xanım kamera görüntülərinə düşmüşdü. Mənə hadisə barədə məlumat verildi, mən də öz növbəmdə dərhal 102 xidmətinə yığdım. Mənə ümumilkdə 650 manat ziyan dəyib. Təqsirləndirilən şəxs bir qəpik də qaytarmayıb, amma ondan heç bir tələbim də yoxdur".
Məhkəmə prosesi noyabrın 1-nə kimi təxirə salınıb.
Qeyd edək ki, S.Ağayevaya qarşı Cinayət Məcəlləsinin 234.1-1 (külli miqdar narkotik vasitəni saxlama, daşıma, emal etmə) və 177-ci (oğurluq) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işində 19 nəfər zərərçəkmiş qismində tanınıb.
S.Ağayeva əvvəllər də dəfələrlə məhkum olunub. O, 6 uşaq anasıdır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












