21 yaşlı Niyazın faciəli ölümü ilə bağlı yeni detallar - VİDEO

Bilgəhdə 21 yaşlı Niyaz Pirməmmədovun boğularaq ölümü ilə nəticələnən faciənin təfərrüatları məlum olub.
Avtosfer.az bildlirir ki, mərhumun əmisi Nafeh Pirməmmədov Niyazın ailənin tək oğlu olduğunu bildirib:
"Üçüncü kursa keçmişdi. Evin tək oğlu idi, ailədə üç bacı, bir qardaş idilər".
Qonşularından biri isə hadisənin hansı şəraitdə baş verdiyini açıqlayıb:
"Xəbər həm bizim, həm də bütün kənd üçün çox üzücü oldu. 21 yaşlı belə savadlı gəncin bu şəkildə dənizdə batması hamımızı sarsıtdı. Dörd dost olublar, Niyaz batmağa başlayanda digər üç nəfər ona kömək etmək istəyib və nəticədə hamısı batmaq təhlükə ilə üzləşib. Təəssüf ki, Niyazı xilas etmək mümkün olmadı".
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, dalğıc-xilasedicilərin operativ əməliyyatı nəticəsində - 2001-ci il təvəllüdlü Məhəbbət Fətəliyev, 2000-ci il təvəllüdlü Sahil Mustafayev və 2001-ci il təvəllüdlü Elburus Cəlalov xilas edilib. (Baku.tv)
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO
Bakıda sürücü avtobus sürməkdən imtina etdi: Türkiyəli xanım narazılıq etdi - VİDEO
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO
İqlim dəyişikliyi milyonadək insanın ölümü ilə nəticələndi
Nizamidə işıq dirəyinin lampası az qala maşının üstünə düşəcəkdi - VİDEO
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO
Təcili yardıma yol verən sürücünün avtomobilini vurdu, sonra ərazidən qaçdı - VİDEO
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO












