238 min verib aldığı gözəllik cihazı başına bəla oldu

Bakıda 140 min dollar ödəyərək bədənşəkilləndirmə cihazları almış qadın dələduzluqla üzləşib.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, o, İsraildən tibbi avadanlıqların Azərbaycana gətirilməsi işi ilə məşğul olan sahibkar Vüqar S. tərəfindən aldadılıb.
Belə ki, Vüqar Mətanət adlı iş qadınından 140 min dollar alaraq İsraildən “Venus Bliss” və “Venus Legacy” adlı bədənşəkilləndirmə cihazları sifariş verib. Cihazlar Bakıya gətirildikdən sonra əvvəlcə paytaxtın Yasamal rayonunda yerləşən “Renew” gözəllik mərkəzinə, daha sonra isə “BS Estetik” klinikasına yerləşdirilib. Lakin 2 ay sonra cihazlar koda düşüb və işləməyib.
Məlum olub ki, Vüqar İsraildən gətizdirdiyi cihazların ödənişini tam etməyib və onları kredit şərti ilə idxal edib. İsrail şirkəti də ödənişin edilmədiyini görərək cihazları məsafədən idarəedilən sistem vasitəsilə koda salıb.
Mətanət dəfələrlə əlaqə saxlamaq istəsə də, Vüqara verdiyi pulları geri ala bilməyib. Qadın məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib və cinayət işi başlanılıb.
Vüqar S. Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi üzrə açılmış iş üzrə mühakimə edilib. O, cinayət işi ilə əlaqədar bir neçə ay əvvəl həbs edilib.
Fevralın 19-da isə Bakı Ağır Cinayətlər Məhkəməsi işlə bağlı hökmü elan edib. Tərəflərin artıq aralarında razılaşması nəzərə alınaraq Vüqara şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












