28 il əvvəl oğurlanan "FERRARİ" tapılıb

Hadisə 4 Mart 2024 22:49 Oxunub 324
28 il əvvəl oğurlanan "FERRARİ" tapılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

London polisi keçmiş "Formula 1" pilotu Gerhard Bergerə məxsus oğurlanmış avtomobili 28 il sonra üzə çıxarıb.

Məlumata görə, "Ferrari F512M Testarossa" markalı avtomobil 1995-ci ildə İtaliyanın İmola şəhərində baş tutan "Formula 1" qran-prisi zamanı oğurlanmışdı. Onun dəyəri 350 min funt sterliq (445 min AZN) göstərilir.

Polisin məlumatına görə, oğurlanan avtomobil bir müddət Yaponiyada saxlanılıb və bu günlərdə Londonda amerikalı alıcıya satılmaq üzrə ikən ələ keçirilib. (AzVision.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh