"28 Mall"da qadının çantası oğurlandı: İki aylıq həbs edildi

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən "28 Mall” ticarət mərkəzinin 4-cü mərtəbəsində qadına məxsus əl çantası oğurlanıb.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, hadisə ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən restoranlardan birində baş verib.
F.V. adlı xanım əl çantasını masanın üzərinə qoyub və təxminən 2 dəqiqə sonra geri qayıtdıqda onun yoxa çıxdığını görüb. Çantanın içərisində şəxsiyyət vəsiqəsi, 15 manat pul, 70 manatlıq kosmetika, 20 manatlıq qulaqcıq qabı və 60 manatlıq enerji naqili olub. Ümumilikdə qadına 165 manat maddi ziyan dəyib.
Zərərçəkmiş dərhal Daxili İşlər Nazirliyinin "102” xidmətinə məlumat verib.
Araşdırmalar nəticəsində müəyyən olunub ki, hadisəni 1978-ci il təvəllüdlü, Göyçay şəhər sakini P.Ə. törədib. O, saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş protokola məhkəmədə baxılıb.
P.Ə. oğurladığı əşyaları sataraq pulu xərclədiyini etiraf edib. Məhkəmənin qərarı ilə o, 2 ay müddətinə inzibati həbs cəzası alıb.
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO
Azərbaycanlı saxta sürücülük vəsiqəsi ilə tutuldu - 448 manat cərimələndi
Avtobusun önündən qəfil yola çıxan piyada son anda ölümdən döndü - REAL VİDEO
Anasından küsüb itən Səid atasına təhvil verildi - Anası danışdı - VİDEO











