28 yaşlı oğlan parkın qarşısında söyüş söydü; həbs edildi

Bərdə rayonunda küçədə qeyri-etik ifadələr işlədən 28 yaşlı oğlan həbs edilib.
Avtosfer.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Fəqan İbadov Heydər Əliyev adına parkın qarşısında telefonla danışarkən uca səslə ünvansız nalayiq ifadələr işlədib.
Həmin vaxt ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq, intizama dəvət edib. Amma o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb.
İbadovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) və 535.1-ci (Polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə ittiham elan edilib.
İş üzrə izahat verən İbadov bir nəfər tanışı olan şəxsin ona borcu olub və borcunu ödəmədiyindən parkının qarşısında telefonla onunla danışan zaman əsəbi olduğundan ucadan nalayiq ifadələr işlədib.
Onun sözlərinə görə, polis əməkdaşları ona yaxınlaşaraq söyüş söyməsi ilə bağlı irad bildiriblər: “Amma yenidən telefonla danışmağa davam etdim və söyüşlər işlətdim. Polis əməkdaşları məni polisin avtomobilinə əyləşdirmək istədikdə qaçmağa cəhd göstərdim, əl-qol hərəkətləri etdim. Törətdiyim əməldən peşmanam”.
Bərdə Rayon Məhkəməsinin qərarı ilə İbadov 8 gün müddətinə inzibati qaydada həbs edilib. (Teleqraf)
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












