Bakıda bağçada dəhşət - Müəllim uşağın əlinə dağ basdı - VİDEO - YENİLƏNİB

Hadisə 28 Aprel 2026 12:14
Bakıda bağçada dəhşət - Müəllim uşağın əlinə dağ basdı - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda üç yaşlı uşağın Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən 273 saylı bağçada şiddətə məruz qaldığı iddia olunur.

Avtosfer.az xəbər verir ki, azyaşlının valideyni Aygün Adıgözəlova bağçanın tərbiyəçi-müəlliminin bıçağı qızdıraraq uşağın əl nahiyəsinə - barmağına toxundurduğunu bildirib. Onun sözlərinə görə, buna səbəb uşağın çirklənmiş bezini təmizləməsini müəllimdən xahiş etməsi olub.

“Oktyabr ayında uşağın yaxasının cırıldığını gördüm. Ondan soruşdum, İlahə müəllimin şəklini göstərdi. Özünə zəng edib xəbərdarlıq etmişdim”, - valideyn deyib.

A.Adıgözəlova qeyd edib ki, ötən ilin oktyabrında baş verən hadisə ilə bağlı körpələr evi - uşaq bağçasının müdiriyyətinə müraciət etməyib. O, övladının bu il aprelin 8-də bağçanın tərbiyəçi-müəllimi İlahə Qarayeva tərəfindən yenidən şiddətə məruz qaldığını iddia edib: “Gördüm ki, əlində yara izi var. Uşaqdan soruşduğum zaman dedi ki, “bağçada bibi yandırıb”. Övladım bildirdi ki, “pampers”ini təmizləməsini istədiyi üçün müəllim onu döyüb. Ağladığı zaman susması üçün üstünə qışqırıb. Susmadığı üçün isə bıçağı mətbəxdə qızdıraraq əlinə basıb”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, Suraxanı rayonu ərazisində yerləşən uşaq bağçasında azyaşlıya xəsarət yetirilməsi iddiası ilə bağlı polisə məlumat daxil olub: “Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Araşdırmalar davam etdirilir”.

***

Mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, 273 nömrəli körpələr-evi uşaq bağçasında uşağa təzyiq göstərilməsi iddiası ilə əlaqədar araşdırma aparılır: “Araşdırma nəticəsində iddia təsdiqini taparsa, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin olunacaq.

Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır”.

FOTO QALEREYA
Oxunub : 120
ŞƏRH YAZ
Ad

E-mail

Şərh