Banner

32 yaşlı qadın bıçaqlandı - Həyat yoldaşı saxlanıldı - YENİLƏNİB

Hadisə 18 Sentyabr 2025 15:48 Oxunub 246
32 yaşlı qadın bıçaqlandı - Həyat yoldaşı saxlanıldı - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Beyləqanda qadın bıçaqlanıb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəsulzadə küçəsində baş verib.

1993-cü il təvəllüdlü Mahmudlu Ülviyyə Rövşən qızı bıçaq xəsarəti almış vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ü. Mahmudlunun tibbi heyətə mübahisə zəminində həyat yoldaşının ona xəsarət yetirdiyini dediyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən zərərçəkənin həyat yoldaşı Orxan Mahmudlu saxlanılıb. Araşdırma aparılır.
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh