Banner

"46 min manatı mən qəbul etdim" - "İnstapower" işində fəaliyyəti dayandırılan vəkil ifadə verdi

Hadisə 17 Yanvar 2025 14:11 Oxunub 116
"46 min manatı mən qəbul etdim" - "İnstapower"  işində fəaliyyəti dayandırılan vəkil ifadə verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

53 vətəndaşa qarşı dələduzluqda ittiham olunan “İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə növbəti məhkəmə proses keçirilib.

Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs bəzi şahidlərin məhkəməyə çağırılmaması ilə bağlı vəsatət verib və onların ibtidai istintaqda verdiyi ifadələri ilə razı olduğunu bildirib. Ancaq hakim təqsirləndirilən şəxsin vəsatətinə irad bildirərək qeyd edib: "Şahidlərin ifadə verməyini ona görə istəmir ki, sənin bütün qurduğun oyunları üzə çıxır. Sən istəyirsən tez iş alasan, məhkəmə bitsin. Ancaq elə olmayacaq, 76 milyonluq dovriyyə bir-bir araşdırılacaq".

Sonra ifadə verən şahid köçürülən pullardan, onun adına olan nömrələrdən xəbəri olmadığını bildirib. 
Hakim Azad Məcidov isə şahidə bildirib ki, köçürülən pullar sənin üstündədir, sən qaytarmalısan dövlətə. Pulları neynəmisən, kimin kartına köçürmüsən?".

Sonra cinayət işində şahid kimi ifadə verən Aytac Cəfərova ifadə verərək bildirib ki, vəkil kimi qardaşı Mirzəfər Qəmbərova hüquqi yardım göstərərək müqavilə hazırlayıb. Həmçinin Orxan və Leyla Babazadənin BMCMİ-də vəkili olub. 

Təqsirləndirilən Orxan Babazadə isə şahidin verdiyi ilə razılaşmayaraq məsələyə aydınlıq gətirib: "İnstapower şirkətini Azərbaycanda rəsmiləşdirmək üçün mənim həyat yoldaşım Leyla Babazadə şəxsən Aytac Cəfərovanın M10 nömrəsinə 46 min manat pul göndərib".

Şahid Aytac Cəfərova isə həmin pulun Orxan tərəfindən yox, İnstapower şirkətinin nümayəndələri Liza və Cesika tərəfindən onun qardaşı Mirzəfərin adına 46 min 200 manat göndərildiyini qeyd etdi:  "Söz vermişdilər şirkətin rəsmiləri martın 6-da Dubaydan Azərbaycana gəlməli idilər. Onlar gəlmədi, Orxanla Leylanı isə tutub apardılar".

Leyla Babazadə isə həmin pulu şəxsən Aytac Cəfərovanın axırı 8811 olan M10 nömrəsinə göndərdiyini məhkəmənin nəzərinə çatdırdı. 

Aytac Cəfərova Leyla və Orxan Babazadənin şikayəti əsasında Səbail Rayon Polis İdarəsində onun barəsində cinayət işinin başlandığını sonra isə xitam verildiyini söylədi: "Əvvəl axtarış verdilər, cinayət işi başlandı sonra ləğv edildi. Mənim qardaşım Orxan və Leylayla söhbət edib, çalışıb onlara kömək etsin.

Hakim Azad Məcidov isə öz növbəsində cinayət işinin materiallarının içində Aytac Cəfərovaya verilən 46 min manat barədə araşdırma aparıldığını, ancaq sonra rədd edildiyini məhkəmə iştirakçılarının nəzərinə çatdırıb. Həmçinin Aytac Cəfərovanın məhkəməyə Leyla Babazadə barədə  göndərdiyi ərizə haqqında  məlumat verib: "Yazırsız, niyə Leyla Babazadə istintaqa cəlb edilmir, 76 milyon manatı onlar yeyib". 

Sonra Orxan Babazadənin vəkili Mirdamət Qədirli müvəkkili ilə Aytac Cəfərova ilə necə tanış olmasını dəqiqləşdirib. Orxan Babazadə Mirzəfər Qəmbərovun bacısını ona vəkil kimi bu işləri görə biləcəyini dediyini məhkəməyə bildirib: "Gəldik Torqovıda Aytac xanımla İnstapower işini rəsmiləşdirmək üçün görüşdük, söhbət etdik".

Şahid kimi ifadə verən vəkil Aytac Cəfərova Leyla Babazadə barədə xüsusi və mülki qayda da şikayət etdiyini və işin hazırda məhkəməyə baxışında olduğunu vurğuladı.

Növbəti şahid kimi Aytac Cəfərovanın qardaşı Mirzəfər Qəmbərov ifadə verib: "2021-ci ilə kimi  hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləmişəm. Mən 46 min manatı İnstapowerin əməkdaşları Cesika ilə  Lizadan almışam".

Hakim isə 43 ildən artıqdır hüquq-mühafizə orqanında işlədiyini, ancaq bir dəfə də olsun sosial şəbəkədən istifadə etmədiyini söylədi: " "Hətta vəkil Mirdamət Qədirli də deyir siz müasir texnikanı bilmirsiz, siz polis olaraq hər gün sosial şəbəkələrdə nə axtarırdınız?".

Hakimin iradına cavab olaraq şahid bunları deyib: "İnstapower barədə İnstaqramda, Teleqram kanalında məlumat almışam.  Əvvəllər polis olduğum üçün işimizlə əlaqədar sosial şəbəkələrə çox daxil olurdum. Sonra İnstapowerə üzv olmaq üçün Orxan və Leyla ilə 28 May metrosunun yanında ofisdə görüşdük. Ümumi olaraq İnstapowerə 11 min 500 manat pul yatırmışam, 5-6 günə 120 manat pul götürürdük. Başqa şirkətlər aylıq qazanc verirdi, bunlar isə gündəlik. Şirkətlə danışdıq rəsmiləşdirdik, paralel menedjerlə danışdıq. 100 min pul almalı idik, 50 min verdilər. Sonra dedilər işçilərimiz Dubaydadır. 2-ci 50 min gəlmədi. Mən də ilk 50 mindən Orxana 4 min manat pul verdim. Sonra vətəndaşlar bunlardan şikayət eləməyə başladılar, bunlar qaçdı Qubaya. Şirkətin rəsmiləri gəlmədiyi üçün heç bir qeydiyyat apara bilmədik. Mənim M10 nömrəmə atıblar o pulu. Sənin 50 bitin yoxdur, bizə 50 min verəsən. Əgər mən bilsəydim M10-dan gələn pul hansısa vətəndaşın adınadır, mənə o pulu götürməzdim. Biz həmin pulu şirkətin pulu kimi qəbul etmişik. Orxan Babazadə orda günahsız oturub. 

Qeyd edək ki, vəkil Mirdamət Qədirli və təqsirləndirilən şəxs Orxan Babazadə Aytac Cəfərova barədə şikayət etdikdən sonra onun vəkilliyinə Vəkillər Kollegiyası tərəfdən xitam verilməsi ilə bağlı məhkəməyə müraciət olunduğunu bildiriblər: "Biz Səbail Polis İdarəsinə Aytac Cəfərovanın bizə qarşı dələduzluq etməsi ilə bağlı şikayət etdikdən sonra materiala onlar xitam versələr də Vəkillər Kollegiyasına şikayət etdik, onlarda araşdırıb obyektiv qiymət verdilər. Hazırda həmin işlə bağlı Aytac Cəfərova aidiyyatlı yuxarı instansiyalara müraciət edib".

Qeyd edək ki, cinayət işi üzrə 53 zərərçəkmiş var və ümumi dəymiş ziyan isə 256 min manatdan artıqdır. Bundan başqa həmin şəxslərin adından 4 milyon manat pul dövr edilib. Milyonlarla vəsait Çində olan şirkətin hesabına köçürülüb və vəsait leqallaşırılıb.

Orxan Babazadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

(unikal)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh