6 nəfərlik ailə dəm qazından zəhərləndi - 2 yaşlı Gülcənnət öldü

Hadisə 4 Aprel 2026 13:41
6 nəfərlik ailə dəm qazından zəhərləndi - 2 yaşlı Gülcənnət öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıtda zəhərlənən 6 uşaqdan biri vəfat edib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xəzri bağlarında baş verən hadisədən sonra 2 yaşlı Gülcənnətin həyatını xilas etmək olmayıb.

Digərlərinin müalicəsi davam edir.

Qeyd edək ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunmaq üçün hamam otağına daxil olublar. Bu zaman dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsindən sonra vəziyyətləri stabilləşib. 6 uşaqdan ikisinin müalicəsinin xəstəxanada davam etdirilməsi tövsiyə olunsa da, valideynlər onları da evə aparıblar. Daha sonra uşaqların vəziyyəti pisləşdiyindən yenidən xəstəxanaya müarciət ediblər.

Oxunub : 104
ŞƏRH YAZ
Ad

E-mail

Şərh