7-ci mikrorayonda yol çöküb - Maşın batdı - VİDEO - YENİLƏNİB

"Ərazidə kanalizasiya problemi ilə bağlı iş görüblər. Sonra da elə qazılmış vəziyyətdə qoyub çıxıb gediblər. Yağış yağandan sonra isə qazılan torpaq çöküb və vətəndaşın maşını qurumun qazdığı çuxura düşüb. Bu məsuliyyəti daşıyan isə yoxdur",- deyə şikayətdə bildirilir.
Binəqədi Rayonu icra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı əraziyə baxış keçirilib.
"Qeyd olunan problemlə bağlı aidiyyəti üzrə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət olunub. Məsələ nəzarətimizdədir", - deyə məlumatda bildirilir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə cavab olaraq qeyd olunub ki, sözügedən ünvanda bir neçə gün öncə tullantı su xətti ilə bağlı qazıntı işləri aparılıb, xətt təmir edilib.
"Ötən gün əraziyə baxış keçirən briqada ərazidə digər nəqliyyat vasitəsinin saxlanılması səbəbindən xəndəyin doldurulmasını həyata keçirə bilməyib. Bu gün ərzində lazımi tədbirlər görüləcək", - deyə məlumatda vurğulanıb./oxu.az
***11:06
Bakıda 7-ci mikrorayonda yol çöküb.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdən aydın olur ki, yolun dağılan hissəsində avtomobil bataraq qalıb.
Sözügedən kadrları təqdim edirik:
Güclü külək Lənkəran-Lerik yolunda məhdudiyyətlərə səbəb oldu - VİDEO
“20 Yanvar” istiqamətində avtomobil alışdı: Sıxlıq yarandı - FOTO - VİDEO
Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı
Dumanlı havada ölüm təhlükəsi: Dağ Göylər-Çöl Göylər yolu sürücüləri NARAHAT EDİR
Avtobusdan düşən qadın az qala maşına çırpılacaqdı - ANBBAN VİDEO
Xırdalanda qəzaya səbəb olan kanalizasiya lükü bərpa olundu - VİDEO
Sumqayıtda iki avtomobil toqquşdu, biri yandı - VİDEO - YENİLƏNİB
Asfaltlanandan bir gün sonra çökdü - FOTO - YENİLƏNİB
Avtobus sürücüsü sükan arxasında ölüb
“Volkswagen”dən videoqeydiyyatçı və monitor oğurlanıb
Xırdalanda qəzaya səbəb olan kanalizasiya lyuku ilə bağlı TƏDBİR GÖRÜLƏCƏK - VİDEO - YENİLƏNİB











