“7 gündür suyun içindəyik...” - VİDEO

Nərimanov rayonu Keşlə Yük Stansiyası küçəsində sakinlərin üzləşdiyi kanalizasiya problemi həftələrdir davam edir.
Avtosfer.az xəbər verir ki, İTV-yə müraciət edən sakinlər binaların zirzəmilərinə dolan çirkab suların ətrafa kəskin qoxu yaydığını, yaranan nəmişliyin isə evlərdə yaşayışı çətinləşdirdiyini bildiriblər.
“7 gündür suyun içindəyik, zirzəmilər dolub. Hamam-tualet və mətbəxim həyətdədir, hamısı su ilə dolub. Bütün əşyalarım suyun içindədir”, - şikayətçi Sevinc Məmmədova bildirib.
Digər sakinlərdən Tərlan Zalova düşdükləri vəziyyətlə bağlı tədbir görülməsini tələb edib: “Nə vaxta qədər belə olacağıq? Yağış kəsir, camatın vəziyyəti düzəlir, yağış yağanda yenə eyni vəziyyət. Kanalizasiya dolub, kimə deyirik, gəlib baxmırlar.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda tullantı su xəttində tutulma baş verib: “Əraziyə Xətai Su Kanalı İdarəsinin briqadası cəlb edilib. Xəttin açılması istiqamətində işlər görülür. Bununla belə sakinlər problemin qısa müddətdə tam həllini gözləyirlər. Kanalizasiya probleminin nə vaxt aradan qaldırılacağı isə hələlik məlum deyil”.
Paytaxtın əsas küçələrindən birində avtomobil yanıb, böyük tıxac yaranıb - VİDEO
Ağdaşda 28 yaşlı qadın itkin düşüb - FOTO
Qəfil maşının qabağına çıxan piyada son anda ağır qəzadan qurtuldu - VİDEO
Xırdalanda gecəyarısı ağaclar məhv edilib üzəri betonlandı – ŞİKAYƏT - FOTO
Gəncin dişini qırdılar; polisdən kömək istəyəndə başına görün nələr gəldi - VİDEO
Cərimə meydançasında yanğın: 700-dən çox avtomobil yararsız hala düşdü - VİDEO
Masallıda baba və nəvə yanaraq öldü - İcra başçısı hadisə yerinə getdi - FOTO - YENİLƏNİB
Sürücülük imtahanından kəsilən gənc atası ilə təlimçini döydü - VİDEO
Polis Bakıda cibgirlik edən ağsaqqalı kamera görüntüləri ilə tutdu - ANBAAN VİDEO
Ölən qadının borclarını 9 yaşlı uşaq ödəyəcək - Məhkəmədən ŞOK QƏRAR
Məzahir Pənahovun oğlu keçmiş həyat yoldaşına bu əmlakları qaytaracaq - SİYAHI










