7 mağazadan 147 soyuq silah aşkarlandı - DİN-dən əməliyyat - VİDEO

Hadisə 3 May 2024 14:22 Oxunub 230
7 mağazadan 147 soyuq silah aşkarlandı - DİN-dən əməliyyat - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışının qarşısı alınıb.
 
Avtosfer.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün metronun “Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə keçirdikləri tədbirlərlə 7 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 147 kəsici-deşici alət aşkar olunaraq götürülüb.


Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh