8 Noyabrdakı dəhşətli qəza ilə bağlı hökm oxundu - VİDEO

Hadisə 25 İyun 2024 18:36 Oxunub 194
8 Noyabrdakı dəhşətli qəza ilə bağlı hökm oxundu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən il dekabrın 5-də Xətai rayonu, 8 Noyabr prospektində “Kia” markalı avtomobillə 1952-ci il təvəllüdlü Əliyeva Lyüdmila Aleksandrovnanı vurub öldürən Dursunəli İsmayılovun məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə D.İsmayılov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi və cəzasının bitməsindən sonra 1 il 6 ay sürücülük hüququnun məhdudlaşdırılması qeyd edilib.

Xatırladaq ki, hadisədən sonra DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) qəzanın görüntülərini yayıb. Görüntülərdə Dursunəli İsmayılovun idarə etdiyi avtomobilin piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçən qadını necə vurması əks olunub. Həmçinin sürücünün təyin edilmiş sürət həddini keçməsi müəyyən edilib.

Məhkəmə prosesində L.Əliyevanın ailəsi sürücüdən şikayətçi olmadığını bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh