8 yaşlı uşağı çimərlikdə İLDIRIM VURDU

Avstraliyanın Şellharbur şəhərində çimərlikdə çimən uşağı ildırım vurub.
8 yaşlı uşaq döş qəfəsindən ağır yanıq xəsarətləri alıb, ürəyi dayanıb.
Xilasedicilər zərərçəkəni sudan çıxarıb və təcili yardım çağırıblar. Həkimləri gözləyərkən uşağa bir neçə dəfə ürək-ağciyər reanimasiyası əməliyyatı ediblər. Həkimlər zərərçəkənə ilkin tibbi yardım göstərib, sonra xəstəxanaya aparıblar. Uşağın vəziyyəti kritik, lakin stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, Shellharbor bölgəsində havanın temperaturu 33 dərəcəyə çatıb. Lakin sonra Dövlət Fövqəladə Hallar Xidməti tufanla bağlı xəbərdarlıq edib. Fövqəladə Hallar Xidməti sakinlərə avtomobilləri sığınacaq altına qoymağı, elektrik cihazlarını elektrik şəbəkəsindən ayırmağı və pəncərələrdən uzaq durmağı da tövsiyə edib.(lent.az)

"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA








