9 yaşlı qıza ögey anası zorakılıq edir? - FOTOLAR

Bakıda 9 yaşlı məktəblinin ögey anası tərəfindən zorakılığa məruz qaldığı iddia olunur.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən jurnalist Elnurə Abuşovanın sözlərinə görə, ona müraciət edən şəxs M.Əliyeva İlqarqızının ögey anası tərəfindən şiddət gördüyünü deyib: “Uşağın təhsil aldığı məktəbin ünvanı da bəllidir. Bu vaxta qədər məktəbdən də vəziyyəti görüb aidiyyəti orqanlara məlumat verməyiblər”.
Qeyd edilib ki, anası öldükdən sonra qızı bir xanım himayəyə götürüb, sonradan uşağın təxminən 5 yaşı olanda atası yenidən evlənib: “Analığın başqa nikahdan bir balaca oğlu da var. Qızcığaz döyülür, 2-ci dəfədir saçı dibdən kəsilir. Uşağın köməyə ehtiyacı var. Uşağın burnu sınıqdır, bədənində göyərmələri var”.
Müraciət edən şəxsin sözlərinə əsasən, azyaşlı səhər saat 10-dan axşam saat 10-dək çöldə olur. Səbəbi soruşulduqda isə uşaq “Ülkər deyir, evə gəlmə” cavabını verir.
DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli məsələ ilə bağlı bildirib ki, faktla bağlı araşdırmalara başlanılıb.



Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












