ABŞ-da qatar gözləyən qadın hücum nəticəsində relslərə yıxıldı - VİDEO

Hadisə 8 İyun 2022 17:44 Oxunub 912
ABŞ-da qatar gözləyən qadın hücum nəticəsində relslərə yıxıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ-ın Nyu York şəhərində qəribə hadisə baş verib. Bronks bölgəsində Jackson Avenue metrostansiyasında naməlum şəxs qarşısında dayanıb qatarın gəlməsini gözləyən 52 yaşlı qadını relslərin üzərinə itələyib. O anda dayanacağa yaxınlaşan qatarın olmaması faciənin qarşısını alıb. Nyu York Polis Departamentindən verilən məlumata görə, Linkoln xəstəxanasına aparılan qadın yüngül şəkildə yaralanıb, başında və qolunda kəsiklər aşkar olunub. Qadın ona hücum edənin tutulması üçün xalqdan kömək istəyib.

Baş verən hadisə anbaan təhlükəsizlik kameralarına əks olunub. Polis naməlum şəxsin tapılması istiqamətində araşdırmalara başlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh