ABŞ-də iki paraşütçü havada toqquşdu, biri öldü

ABŞ-də 62 yaşlı paraşütçü Robert Sabo Massaçusets ştatında tullanma zamanı havada başqa bir paraşütçü ilə toqquşaraq həlak olub.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "The Sun" nəşri idmançıların təmsil olunduğu şirkətə istinadən məlumat verib.
"İki təcrübəli paraşütçü havada toqquşub. Xəsarət alan paraşütçü tam işlək paraşüt altında yerə enib", - deyə şirkətdən bildirilib.
Robert Sabo Vusterdəki Massaçusets Universitetinin Tibb Mərkəzinə aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb, ölümün dəqiq səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.
Sabonun təlimatçı kimi çalışdığı şirkətin nümayəndəsinin sözlərinə görə, o, 2002-ci ildən paraşüt idmanı ilə məşğul olub və 5000-dən çox tullanma həyata keçirib.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












