Abşeron Gənclər Şəhərciyində yanğın - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 18kv.m sahədə yanıb. FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Xəsarət alan olmayıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
***
Bakıda Abşeron Gənclər Şəhərciyində hündürmərtəbəli binada yanğın hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Dost xidmətinin arxasında yerləşən binanın 53-cü blokunun 4-cü mərtəbəsində qeydə alınıb. Hadisə yerinə polis, 8 yanğınsöndürən və 3 təcili tibbi yardım briqadası cəlb olunub. Hazırda yanğın söndürülüb. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Yanğının səbəbləri barədə hələ ki, heç bir məlumat verilməyib.
Bakıda "BakuBus" avtobusu YANIB? - RƏSMİ - VİDEO - YENİLƏNİB
43 yaşlı kişini maşın vurub öldürdü
Narkotik qəbul edənlər taksinin yolunu kəsdi – Sürücü bibər qazı ilə cavab verdi - VİDEO
Bakıda “Hyundai” alışıb yandı - VİDEO
Goranboyda itin boğazına kəndirlə təkər bağlayan şəxs CƏZALANDIRILDI - VİDEO
Türkiyədə daha bir məktəbə silahlı hücum - Ölən var - VİDEO
Mina partlayışında həlak olan Muğan musiqi müəllimi imiş - VİDEO
Əhməd Rəcəbli küçəsində yol çökdü, təhlükəli vəziyyət yarandı - FOTO
Murad Arifin musiqiçilərinin maşınını sel apardı - VİDEO
Evlərdən bu yolla 25 minlik oğurluq edibmiş - VİDEO
“Vüsal Şilderin qardaşını da öldürmək istəyirdilər“ - Qətli hansı məmur sifariş edib?











