Abşeronda 10 yaşlı uşağa qarşı iyrənc hərəkət - ŞOK DETALLAR

Abşeron rayonunun Xırdalan şəhərində 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz edib.
Avtosfer.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, hadisə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib. "Akula Akif" ləqəbi ilə tanınan Akif Məmmədov (soyad şərtidir - red.) yaşadığı küçədə dəmir yığmaqla məşğul olub. O, bir müddət əvvəl tanıdığı qonşusu, 2016-cı il təvəllüdlü oğlana partlayıcı protexniki vasitə verəcəyini bildirib və bu adla uşağı evə apararaq, qapını açarla bağlayıb. Akif əvvəlcə azyaşlıya qarşı seksual xarakterli hərəkətlər, daha sonra təcavüz edib.
Həmin vaxt uşağın anasının oğlunu axtarmasından xəbər tutan Akif onu evdən buraxıb. Azyaşlının valideynləri hadisə ilə bağlı polisə məlumat veriblər. A.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Məhkəmə istintaqı zamanı Akif öncə hadisəni boynuna almasa da, sonradan içkili vəziyyətdə olduğunu bildirərək hadisəni etiraf edib: "Cinlərlə savaşırdım, onlar mənim gözümə görünür, mənimlə danışır və narahat edirlər. Özüm dinlə məşğul oluram. Cinlərlə 2017-ci ildən danışıram.
Bu söhbət indi də davam edir və məni çox narahat edir. İçki içib-içməməyimdən asılı olmayaraq, onlar gözümə görünür. Mənə deyirdilər ki, iç, düzələcəksən, amma heç bir xeyri olmadı. Hadisə günü də spirtli içki qəbul etmişdim. Sərxoş olduğum üçün heç nəyi xatırlamıram, cinlər məni yoldan çıxardı".
Məhkəmənin hökmü ilə Akif Məmmədov 17 il azadlıqdan məhrum edilib.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












