Abşeronda axtarışda olan 17 nəfər saxlanıldı, xuliqanlıq edən 8 sürücü tutuldu - FOTO - VİDEO

Abşeron Rayon Polis İdarəsi ərazi Polis Bölmələrinin əməkdaşları ilə birgə hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib. Avtosfer.az xəbər verir ki, tədbirlər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 13 fakt aşkarlanıb. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 17 nəfər saxlanılıb, "isti izlərlə" 19 cinayətin üstü açılıb.
Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 56, xırda xuliqanlıq və xırda talama hadisələri ilə əlaqədar 58 fakt aşkarlanıb. Tütün məmulatlarından istifadə normalarına əməl etməyən və məişət tullantılarını urnalardan kənara atan şəxslər də müəyyən edilərək barələrində inzibati protokollar tərtib edilib.
Həmçinin, profilaktik tədbirlərlə vətəndaşlarda olan odlu silah-sursatlar və ov tüfənglərinin polisə könüllü təhvil verilməsi təmin edilib.
Abşeron RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı isə spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən ümumilikdə 6 sürücü barəsində inzibati tənbeh tədbirləri görülüb.
Gecə saatlarında Abşeron rayon sakinlərinin rahatlığını pozan, yüksək səs effekti yaradan 8 motoxuliqan barəsində inzibati tədbir görülüb.
Polis Abşeron rayonunda qeyd edilən istiqamətlərdə profilaktik tədbirləri davam etdirir.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO















