Banner

Abşeronda bir aylıq körpə evdə öldü - YENİLƏNİB

Hadisə 29 Aprel 2025 11:36 Oxunub 368
Abşeronda bir aylıq körpə evdə öldü   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeronda biraylıq körpə çimizdirilərkən boğularaq ölüb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 25-də, saat 17:30-da Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən yenidoğulmuş körpənin boğulması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 24.03.2025-ci il tarixli yenidoğulmuşun (cinsi qız) həkiməqədər ölüm faktı qeydə alınıb.

Ailənin bildirdiyinə görə, yenidoğulmuş çimizdirilərkən boğulub", - məlumatda qeyd olunub.

***09:51

Abşeronda 1 aylıq körpə evdə ölüb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Saray qəsəbə sakini, 24.03.2025-ci il təvəllüdlü İnci Quliyeva yaşadığı evdə ölüb.

Körpənin ölüm səbəbləri araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh