Abşeronda itkin düşən məktəbli tapıldı: "Özü qaçıbmış" - FOTO + VİDEO

Hadisə 31 May 2024 21:04 Oxunub 274
Abşeronda itkin düşən məktəbli tapıldı: "Özü qaçıbmış" - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonunun Hökməli kəndində itkin düşən 11 yaşlı məktəbli gecə saatlarında hüquq-mühafizə orqanları tərəfindən tapılıb.

Bu barədə ATV-nin efirində yayımlanan "Bizimləsən" verilişində məlumat verilib.

Belə ki, Büşranın itkin düşməsi ilə bağlı bəzi detallar ortaya çıxıb.

Onun təhsil aldığı 299 nömrəli məktəbdən verilən məlumata görə, Büşranın dərsə davamiyyəti də zəif olub.

Yaxınları bildiriblər ki, Büşra itkin düşməyib, özü qaçıb.

Qeyd edək ki, o, ötən gün məktəbə getmək adı ilə evdən çıxıbmış.

Ətraflı videoda:

 

 

09:22

Ötən gün Abşeron rayonunun Hökməli kəndində 11 yaşlı məktəbli itkin düşüb.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Qeyd olunub ki, 11 yaşlı qız Hökməli kəndindən avtovağzala gəlmək üçün 156 saylı avtobusa minib.

"Avtovağzaldan isə 91 saylı avtobusla 299 nömrəli məktəbə getməli imiş. Təxminən saat 16 radələrində məktəblinin valideynlərinə onun məktəbə gəlmədiyi ilə bağlı məlumat verilib. Bundan sonra isə axtarış elan olunub", - deyə məlumatda bildirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Mətbuat Xidməti İdarəsinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

Bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən azyaşlının tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində tədbirlər görülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh