Abşeronda “Mercedes” qayda pozan piyadanı vurub yerə sərdi - VİDEO

Hadisə 13 Avqust 2024 12:54 Oxunub 164
Abşeronda “Mercedes” qayda pozan piyadanı vurub yerə sərdi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonu ərazisində piyadanın vurulmasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil yolu keçən piyadanı vurub. Hadisə zamanı piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərbənin təsirindən avtomobilin alın şüşəsi zədələnib. 

Qeyd edək ki, videonu lentə alan vətəndaş sözügedən ərazinin yaxınlığında keçidlərin olmasına baxmayaraq piyadaların davamlı yolun hərəkət hissəsindən keçdiklərini bildirib. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh