Banner

Abşeronda oğul anasını yandırmaqda şübhəli bilinir - VİDEO

Hadisə 10 İyul 2025 09:36 Oxunub 23248
Abşeronda oğul anasını yandırmaqda şübhəli bilinir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonunun Hökməli qəsəbəsində oğlun anasını yandıraraq öldürdüyü iddia olunur.

Avtosfer.az xəbər verir ki, iddialara görə, Abdulrəhman Həsənli aralarında yaranmış münaqişə zəminində anası Gülbəs Həsənovanı yaşadıqları evdə yandırıb.

Həlak olan şəxsin qızı Fatimə Həsənli deyir ki, qardaşı uzun müddətdir narkotik aludəçisi imiş. Onun sözlərinə görə, hadisə zamanı qardaşı ilk olaraq evi, sonra isə anasını yandırıb.

Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Abdulrəhman Həsənli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.

Məsələ ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, Abşeron rayonu, Hökməli qəsəbəsinin sakini Gülbəs Həsənovanın almış olduğu yanıq xəsarətlərindən iyulun 7-də müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət

Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır. 

Hazırda araşdırmalar davam etdirilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh