Abşeronda qonşular arasında kütləvi DAVA - ANBAAN GÖRÜNTÜ - VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində qonşular arasında kütləvi dava qeydə alınıb. Nəticədə bir nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, qonşular arasında mübahisəyə səbəb qapı açmaq məsələsi olub.
Avtosfer.az xəbər verir ki, həmin ünvanda yaşayan Ruslan Quliyev evinin küçəyə çıxışını təmin etmək üçün qapı açmaq istəyib. Lakin qonşusu Alim Nağıyev və övladları buna etiraz ediblər. Etiraz mübahisəyə, daha sonra isə davaya çevrilib.
Ruslan Quliyev açıqlamasında bildirib ki, qapını qanuna uyğun olaraq açmaq istəyir. Ancaq qonşu ona imkan vermir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Masazır qəsəbəsində qonşular arasında olan insidentlə bağlı polisə müraciət daxil olub. Hadisə məişət zəminində yaranan mübahisə nəticəsində baş verib. Tərəflər ərazi üzrə polis orqanına gətirilib, ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Ətraflı süjetdə:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












