Abşeronda taksidə dava düşdü, müştəri sürücünü bıçaqladı

Abşeron rayonunda taksidə dava düşüb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində baş verib. Belə ki, metronun "20 Yanvar" stansiyasının qarşısından Qobu qəsəbəsinə getmək istəyən Qərib Axundov (soyad şərtidir) orada Cavidan adlı taksi sürücüsünə yaxınlaşaraq ünvanı deyib. Taksi sürücüsü onu ünvana aparmağa söz verib və müştəri ilə taksi sürücüsü 2 manata razılaşıblar. Cavidan avtomobilə daha üç nəfər sərnişin götürərək Qobu qəsəbəsinə yollanıb. Digər sərnişinlər düşdükdən sonra Cavidan Qəribdən hansı ünvanda düşəcəyini soruşub. O isə bildirib ki, ünvana çatmaq üçün daha bir neçə kilometr getməlidirlər. Cavidan həmin ərazidə yolun bərbad vəziyyətdə olduğunu bildirib və ondan dayandığı yerdə düşməsini istəyib. Qərib isə onu ünvana aparmasını tələb edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və Qərib pulu vermədən avtomobildən düşüb. Cavidan ondan pulu tələb etsə də, Qərib həmin pulla başqa taksi çağıracağını bildirib. Nəticədə Cavidan avtomobildən düşərək Qəribi yumruqla vurub. Bunu görən Qərib cibindəki bıçaqla Cavidanın çiyin və kürək hissəsinə iki zərbə endirib. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Q.Axundov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












