Adam öldürən azərbaycanlılar kameralara düşdü - ANBAAN VİDEO

Adam öldürən azərbaycanlılar kameralara düşdü - HADİSƏ ANI
Ötən yay Rusiyanın Krasnoyarsk vilayətində bir nəfəri öldürən azərbaycanlıları ömürlük həbs gözləyir.
Krasnoyarsk diyarı üzrə İstintaq Komitəsi bir nəfəri qətlə yetirməkdə və iki nəfəri öldürməyə cəhddə təqsirləndirilən 4 Azərbaycan vətəndaşının cinayət işi üzrə istintaqı yekunlaşdırıb.
Xatırladaq ki, sərxoş kişilər bara gələn iki nəfərlə münaqişəyə giriblər.
Azərbaycanlılardan biri “cinayətkarlara dərs olsun” deyə qardaşını köməyə çağırıb. Onlar mağazanın yaxınlığında evli cütlük və onların dostunu görüblər. Onlar qadının ərinə hücum edərək onun bədəninin müxtəlif nahiyələrinə yumruq təpik və çəkiclə vurmağa başlayıblar. Zərərçəkənin arvadı və tanışı onu qorumağa çalışıblar. Bu zaman azərbaycanlılardan biri bıçaq çıxararaq onları bıçaqlamağa başlayıb. Cütlük xəstəxanaya çatdırılıb, onların dostu isə aldığı xəsarətlərdən yerindəcə keçinib.
Hazırda cinayət işi ittiham aktının təsdiq edilməsi və daha sonra mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsi üçün prokurorluğa göndərilib. Azərbaycandan olan miqrantları 20 ilə qədər və ya ömürlük həbs gözləyir. (lent.az)
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB










