Adam öldürən şəhid qardaşı sərbəst buraxıldı

Abşeronda adam öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Mürvət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az “Publika.az”a istinadla xəbər verir ki, şəhid qardaşı olan Mürvət Cinayət Məcəlləsinin 122.1-ci, yəni affekt vəziyyətində adam öldürmə maddəsi ilə təqsirli bilinib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Mürvət Əliyevin qətlə yetirdiyi 1978-ci il təvəllüdlü Rövşən Əbilovun ailəsi ondan şikayətçi deyil və yüngül cəza verilməsini istəyir. İstintaq müddətində Mürvət həbs edilməyib və ev dustaqlığına buraxılıb.
Həmçinin Mürvətin qardaşının 2008-ci ilin 25 aprel tarixində Qarabağ bölgəsində (Tərtər) ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olması qeyd edilib.
Qeyd edək ki, hadisə Abşeron rayonu Saray qəsəbəsində yerləşən "Saray Palace" şadlıq sarayının yaxınlığında baş verib.
Orada toyda iştirak edən şəxslər daha sonra zaldakı meyxana məclisinə baxıblar. Bu zaman Mürvət dostunu çağırmaq üçün çölə çıxıb. Şadlıq evinin foyesində Rövşən, Araz, Seymur adlı şəxslər Mürvəti bayıra dəvət edərək söhbət edəcəklərini deyiblər. Bu zaman onların arasında mübahisə baş verib və həmin şəxslərdən ikisi Mürvətə bıçaqla yüngül xəsarətlər yetirib. Həmçinin onun şəhid olmuş qardaşının ünvanına söyüş səsləndirilib. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində olan Mürvət bıçağı götürərək həmin şəxslərə hücum edib və Rövşəni öldürüb.
O, hadisədən sonra maşına minərək uzaqlaşıb.
Ekspertiza Mürvət Əliyevin hadisə anında affekt şokunda olmasına rəy verib.
Abşeron Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Mürvət Əliyev 4 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək onun ayağına elektron təqib cihazı taxılıb. Həmçinin təqsirləndirilən şəxsin üzərindəki ev dustaqlığı qətimkan tədbiri də götürülüb.
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO











