“Administrator üzümü çevirib baxdı və nalayiq ifadə işlətdi” - VİDEO

Bakıda 15 yaşlı Nigar Mustafayeva əylənmək üçün getdiyi qorxu evində yıxılaraq xəsarət alıb, başına 11 tikiş qoyulub.
Avtosfer.az xəbər verir ki, bu barədə yeniyetmə özü məlumat verib.
O qeyd edib ki, hadisə bir neçə gün öncə paytaxtın Səbail rayonunda yerləşən “Phobia Games” adlı əyləncə mərkəzində baş verib.
Belə ki, Nigar Mustafayeva rəfiqəsi ilə getdiyi məkanın girişində ödəniş etdikdən sonra yaşlarına uyğun kateqoriyanı seçiblər. Bütün olanlar da obyektin müşahidə kameralarının yaddaşına düşüb:
“Aktyor qışqırdı ki, 5 saniyəniz var. Biz qaçanda heç 5 saniyə olmamışdı. Orada rəf var idi və qapısı açıq idi. Hansı ki, əslində bağlı olmalı idi. Onlar tərəfindən itələndiyim üçün başım həmin rəfə dəydi. Mən huşumu itirib yıxıldım. Bundan sonra administrator gəlib üzümü çevirib baxdı və nalayiq ifadə işlətdi”.
Daha sonra Nigar Mustafayevanın rəfiqəsi təcili yardım çağırıb. Zərərçəkmişin valideynlərinin sözlərinə görə, hadisədən sonra məkanın rəhbərliyi nə onlarla əlaqə saxlayıb, nə də qızın vəziyyəti ilə maraqlanıb.
Məsələ ilə bağlı “Phobia Games”in əməkdaşı bildirib ki, burada aktyorlar heç bir halda kimisə itələmir və yaxud yıxmır:
“Həmin an aktyor öz vəzifəsini yerinə yetirir və qorxudur. Xanım da vəlvələyə düşüb qaçır və diqqətsizlikdən başı rəfə dəyib yıxılır. Hadisədən sonra rəhbərlik onlarla hər an əlaqə saxlayıb və xanıma xəstəxana xərclərinin qarşılanmasını deyib. Lakin qarşı tərəfdən tələb çox olduğu üçün biz onlarla razılaşa bilmədik”.
Zərərçəkmişin valideynləri hadisə ilə bağlı polisə də müraciət ediblər.
Daxili İşlər Nazirliyinin əməkdaşı Lumu İsrafilli bildirib ki, tərəflər polisə dəvət edilərək ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsi müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar davam etdirilir.
Ətraflı videomaterialda:
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO












