ADMİU-da birinci kurs tələbələrinə qarşı zorakılıq: Rəhbərlik hərəkətə keçdi – VİDEO - YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Avtosfer.az-a açıqlamasında bildirib ki, bununla bağlı araşdırma aparılıb. Sosial şəbəkədə yayılan görüntülərdə adı keçən şəxslər Yasamal RPİ-yə dəvət olunub. Onlarla profilaktik söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Həmçinin gələcəkdə bu kimi hallara yol verməmələri barədə xəbərdarlıq olunub.
***
“TikTok” sosial şəbəkəsində canlı yayım açan iki nəfər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri olduqlarını bildirərək universitetin aşağı kurs tələbələri ilə bağlı zorakı davranışlardan danışıblar.
Avtosfer.az xəbər verir ki, “leylakenan” adlı “TikTok” hesabından canlı yayım zamanı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birinci kursunda təhsil alan tələbələrə qarşı təhqiramiz və aşağılayıcı ifadələr səsləndirilib. Canlı yayımda danışan şəxslər həmin universitetdə təhsil aldıqlarını bildiriblər.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən Avtosfer.az-a verilən açıqlamada bildirilib ki, görüntülərdə adı keçən tələbələr rəhbərlik tərəfindən çağırılıb.
Qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılacaq və həmin tələbələrin davranışları ilə bağlı lazımi tədbirlər görüləcək.
DİN Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, məlumatlıyıq, araşdırma aparılır.
Eltac Zülfüqaroğlu
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












