“Aeroport yolundakı tunelə yağışda su yığılır, təhlükəli vəziyyət yaranır” - FOTO - VİDEO

“Bakıda Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun 5-ci kilometrliyində, “Xəyal adası” (“Dreamland Golf Club”) yaxınlığında yerləşən tunel artıq uzun müddətdir ki, sürücülər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Hər yağıntı zamanı drenaj sisteminin işləməməsi səbəbindən tuneldə böyük həcmdə su yığılır, yol tamamilə su altında qalır və nəqliyyat vasitələrinin hərəkəti faktiki olaraq riskli vəziyyətə düşür”.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, yol səthindəki çoxsaylı çalalar yağış zamanı su ilə dolaraq görünməz hala düşür: “Nəticədə sürücülər bilmədən dərin çalalara düşür, avtomobillərin alt hissəsi zədələnir. Artıq vəziyyət o həddə çatıb ki, həmin ərazidən keçərkən zərbə səsi eşidilmirsə, düşünürük ki, deməli, hələ yolu keçməmişik. Bu hal insanların həm maddi zərərə düşməsinə, həm də hər an qəza ilə üz-üzə qalmasına səbəb olur.
Ən narahatedici məqam isə ondan ibarətdir ki, sözügedən yol paytaxtın əsas və strateji əhəmiyyətli magistralıdır. Mövcud vəziyyətə görə sürücülər məcbur qalıb alternativ marşrutlardan istifadə edir, bu isə yolu təxminən 14 kilometr uzadır və gündəlik həyatlarında ciddi çətinlik yaradır”.
Şikayətçilər dəfələrlə aidiyyəti orqanlara müraciət etsələr də, məsələnin həllini tapmadığını bildiriblər.
Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, məsələ qısa zamanda həll olunacaq: “Həmin ünvandakı yol agentliyin balansında deyil, amma əsas yolun altından keçən tunel agentliyin balansındadır. Artıq ərazi üzrə cavabdeh təşkilatımıza məlumat verilib. Əraziyə baxış keçiriləcək. Tapşırıq verilib, qısa müddətdə problem aradan qaldırılacaq”.

Polis rəisi özünü vurdu - Araşdırmalara başlanıldı – FOTO
Oğurluğa görə axtarılan DYP əməkdaşı tapıldı - 23 il bu cür gizlənib
Qubada bədbəxt hadisə - Məktəbli özünü...
Zabratda təhlükəli mənzərə: Qopan ağac taxta dirəklərin ümidinə qalıb - VİDEO
İsmayıllıda cütlük maşında tutuldu – 15 yaşlı Babək həbs olundu
Polis dələduzluq edənlərə qarşı əməliyyat keçirdi - 15 nəfər istintaqa təhvil verildi
Sumqayıtda zavod işçisi avtobusda öldü
Masazırda “Chevrolet” keçiddən keçməyən piyadanı vurdu - VİDEO
Sərnişin oturacağında yatan sürücü həbs edildi
Ceyranbatanda atları döyüb öldürüblər – VƏTƏNDAŞ ŞİKAYƏTİ- VİDEO
Bakıda polisdən "qaçmaq" istəyən sürücünü anası İFŞA ETDİ










