Aeroportda DƏHŞƏTLİ anlar: Sərnişinin çamadanından 47 zəhərli ilan çıxdı - FOTO

Hadisə 3 İyun 2025 09:23 Oxunub 170
Aeroportda DƏHŞƏTLİ anlar:  Sərnişinin çamadanından 47 zəhərli ilan çıxdı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hindistanın Mumbay şəhərinin hava limanında baqajında onlarla zəhərli ilan daşıyan kişi saxlanılıb.

Avtosfer.az "Deccan Herald" nəşrinə istinadla xəbər verir ki, adı açıqlanmayan şəxs Hindistan aeroportuna Tailanddan gəlib.

Gömrükdə baxış zamanı onun çamadanında 47 zəhərli ilan aşkarlanıb.

Bundan başqa, həmin şəxs təyyarədə Asiya tısbağası da daşıyıb. İlanlardan biri uçuş zamanı tələf olub.

Hindistan gömrükçüləri heyvanların qanunsuz daşınması ilə bağlı cinayət işi qaldırıblar.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh