Ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb, vəzifəli şəxs işdən azad edilib - VİDEO

Zaqatala rayonunda avtomobil yolunun kənarında çoxillik ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb.
Avtosfer.az "Baku TV"yə istinadən xəbər verir ki, rayonun Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun sağ və sol hissələrində ağacların kəsilməsi və qanunsuz budanması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3-cü (Qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
Məsələ Zaqatala Rayon İcra Hakimiyyətində də müzakirə olunub. Belə ki, ərazisində ekoloji nəzarətin təşkilində yol verdiyi səhlənkarlığa görə Maqov ərazi dairəsi üzrə nümayəndə Ramazan Davudov tutduğu vəzifədən azad edilib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












